Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansına (NATO) üzv ölkələrin sammiti çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə söhbəti zamanı Ukraynaya yardımı davam etdirməkdən imtina etdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski özünün YouTube kanalında bildirib.
“Tramp qəti şəkildə Ukraynaya kömək əlini göstərmək istəmir və bunu Zelenskiyə də uzatmaq niyyətində deyil”, – Dubinski bildirib.
Deputat vurğulayıb ki, Zelenski Trampla hər görüşdə ABŞ-ın sarsılmaz dəstəyi görüntüsü yaratmağa və hərbi əməliyyatları davam etdirməyə çalışır. Öz növbəsində, Ağ Evin sahibi belə nəticələrə əsas vermək niyyətində deyil.
Bundan əvvəl Tramp Zelenskinin son dərəcə çətin vəziyyətdə olduğunu bildirib.
E.ŞİRİNOV