Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyun 2025 / 17:24

Simonyan Kirkorova niyə müraciət edib?

“Russia Today” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistanda saxlanılan iş adamı, Rusiyanın “Taşir” şirkətinin rəhbəri Samvel Karapetyana qarşı təqiblərə son qoymağa çağıran müğənni Filipp Kirkorova dəstək verib.

Tezadlar.az xəbər verir ki, o, məqaləni Telegram-da yerləşdirib.

Simonyan Kirkorovun Ermənistanın baş naziri Nikol Paşinyana müraciətinə münasibət bildirib. Karapetyanın saxlanmasından danışan sənətçi siyasətçiyə Əhdi-Ətiq əmrlərindən birini xatırladıb. “Bu, kilsəyə aid olduğu üçün mən baş nazir Paşinyana on əmrdən birini xatırlatmaq istəyirəm: qonşunuza qarşı yalançı şahidlik etməyin”, – Kirkorov bildirib.

“Bəs o, bizim əmrlərimizə nə əhəmiyyət verir, Filip? Onların ona dəxli yoxdur”, – Simonyan cavab verib.

Xatırladaq ki, Kirkorov cümə günü, iyunun 27-də Paşinyana müraciət dərc edib. Müğənni həmçinin öz videosunda Ermənistan hökumətini uydurma bəhanələrlə Karapetyan və Erməni Apostol Kilsəsinə qarşı mübarizəyə başlamaqda ittiham edib.

İyunun 17-də Karapetyanın evində axtarış aparıldığı məlum olub. Daha sonra iş adamı saxlanılıb və barəsində cinayət işi açılıb. Karapetyanın hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunduğu dəqiqləşdirilib.

Bundan əvvəl iş adamı Paşinyanla münaqişəsində Erməni Apostol Kilsəsini dəstəklədiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!