MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İrəvan məhkəməsi Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanı 2 ay müddətinə həbs edib.
Tezadlar.az bildirir ki, bu barədə arxiyepiskopun vəkili Ara Zöhrabyan məhkəmə qarşısında jurnalistlərə məlumat verib.
“Təəssüf ki, hakim Melkonyan onun iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Üstəlik, qohumları ilə əlaqə də məhdudlaşdırılıb. Qərardan apellyasiya şikayəti vermək üçün 10 gün vaxtımız var, biz bunu etmək niyyətindəyik”, – Zöhrabyan qeyd edib.
E.ŞİRİNOV