Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2025 / 09:36

Rusiyanın Yekaterinburq şəhərində Mərzililərə qarşı xüsusi əməliyyat- 2 nəfər öldürülüb və…

Ötən gecə Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin ( FSB) azərbaycanlı Səfərovlar ailəsinin (Ağdamın Mərzili kəndindəndirlər) yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 9 nəfər saxlanılıb. Tezadlar.az Səfərovlara qohum ailələrin “Təzadlar”a verdiyi məlumatdan bəlli olur ki, saxlanılanlar hamısı qardaş və əmioğludurlar, Ağdamın Mərzili kəndindəndirlər. Səfərov qardaşları öldürülüb, daha 2 nəfər isə ağır yaralanıb.

“Təzadlar”ın baş redaktoru Asif Mərzili bildirdi ki,  qətlə yetirilən hər iki qardaşı yaxından tanıyır və Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır. “Onları yaxından tanıyırdım. Bakıda və Yekaterinburqda olarkən yaxından tanış olmuşduq, evlərində olmuşdum. Hüseyn Səfərov bu şəhərdə nüfuzlu olan şəxs idi, dəfələrlə OMON əməkdaşları onun restoranına bəhanələrlə hücum etmişdilər… Hüseyn Səfərov mənə bu barədı danışmışdı. Həmçinin orada olan digər azərbaycanlılara da qarşı oxşar əməliyyatlar təşkil edib pullarını alırdılar…”.

Ağdam rayonundan olan Səfərov qardaşları restoran biznesi ilə məşğul olublar. Yekaterinburqda yerləşən “Kaspi” restoranı onlara məxsus olub.
Bəzi məlumata görə, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə Ağdam rayonundan olan Yunis adlı şəxsin qətli ilə bağlı aparılan istintaq  əməliyyat tədbirləridir. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən bu əməliyyatın həyata keçirilməsi bildirilir.

XXX

FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.  Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!