Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində 6 idarə olunan hava bombası və 252 Ukrayna pilotsuz təyyarəsini vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava hücumundan müdafiə sistemləri 6 idarə olunan aviasiya bombasını və təyyarə tipli 252 pilotsuz uçuş aparatını vurub”, – məlumatda deyilir.
Qeyd olunur ki, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 663 təyyarə, 283 helikopter, 66 058 pilotsuz uçuş aparatı, 612 zenit-raket sistemləri, 24 069 tank və digər zirehli döyüş maşını, 1572 çoxlu raket sistemi döyüş maşını, 26 719 sahə artilleriya silahı və minaatan, 37 392 ədəd xüsusi təyinatlı hərbi texnika.
E.ŞİRİNOV