Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın baş naziri Nikol Paşinyan ictimai müzakirələrdə təhqirlərə son qoymaq istəyib və beş gün ərzində onlardan ilk olaraq çəkinəcəyinə söz verib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
O, iyulun 1-dən bu məsələdə ictimai konsensusun əldə olunmasını təklif edib.O andan etibarən ictimai arenada təhqirlərdən çəkinəcəyinə söz verib.
“Mən konsensusun başlanması üçün iyulun 1-i təklif edirəm və həmin andan iyulun 5-dək “apokrif” terminologiya və dildən istifadə etməyimə veto qoyuram”, – Paşinyan yazıb.
Qeyd edək ki, Nikol Paşinyan bir müddət əvvəl Erməni Apostol Kilsəsinin (EAK) rəhbəri II Qarekini öz cinsiyyət orqanını nümayiş etdirmək üçün dəvət edib. Bu, din xadiminin Ermənistan Nazirlər Kabinetinin rəhbərini sünnət etməkdə ittiham etməsinə cavab idi. Bundan əvvəl Paşinyan EAK rəhbərini subaylıq və qohumbazlıq andını pozmaqda ittiham edib.
E.ŞİRİNOV