Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 İyun 2025 / 13:17

İran İsrailin hücumu nəticəsində ölənlərin sayını açıqlayıb

İsrailin Tehrandakı “Evin” həbsxanasına endirdiyi zərbədən sonra 71 nəfər ölüb.

Tezadlar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə nümayəndəsi Əsgər Cahangir məlumat verib.

““Evin” həbsxanasına hücum zamanı 71 nəfər, o cümlədən həbsxananın inzibati heyəti, çağırışçılar, məhbuslar və məhbusların ailə üzvləri həlak olub”, – hakim vurğulayıb.

Həbsxanaya zərbə bazar ertəsi, iyunun 23-də, atəşkəs əldə olunmamışdan əvvəl həyata keçirilib. Həbsxananın inzibati binasının bir hissəsinin dağıdıldığı məlum olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!