Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan parlamentində maraqlı proses yaşanır. Tezadlar.az Parlamentin saytına istinadla bildirir ki, Prosedur Məsələləri Komitəsi parlamentə “Gürcüstan Naminə Qaxariya” partiyasının bütün (12) deputatının mandatına vaxtından əvvəl xitam verilməsi tövsiyəsi ilə müraciət edib. Buna səbəb onların parlamentin iclaslarında üzrsüz səbəblərdən iştirak etməmələridir. Komitə bu gün keçirilən iclasında yaz sessiyası ərzində 26 plenar iclasın keçirildiyini və “Gürcüstan naminə Qaxariya” partiyasının üzvlərinin bu iclasların hamısını üzrsüz səbəblərlə buraxdıqları qənaətinə gəlib. Parlament onların deputat mandatlarına vaxtından əvvəl xitam verilməsi ilə bağlı qərarı iyulun 1-də və ya 2-də keçiriləcək növbədənkənar iclasda qəbul edəcək.
Sonra nə baş verəcək, indidən məlumdur. Axı iki gün əvvəl Tbilisinin mərkəzində kütləvi aksiya keçirilmişdi və sabiq prezident faktiki olaraq bu məsələlərin baş verəcəyinə toxunaraq müxalifəti birliyə çağırmışdı.
A.Məmmədli