Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyul 2025 / 09:42

Ukraynadakı müharibədə ingilis pilotsuz təyyarə operatoru

Ben Leo Burgess 2022-ci ildə könüllü olaraq Rusiyaya qarşı döyüşdü və ən amansız döyüşlərdə iştirak etdi

Britaniya ordusunun keçmiş əsgəri Ben Leo Burgess Ukraynadakı müharibədə həlak olub. O, dron operatoru kimi fəaliyyət göstərib.

Tezadlar.az bildirir ki, “The Telegraph”-ın xəbərinə görə, 33 yaşlı Budgie zəng işarəsi olan Burgess iyunun 20-də Sumi vilayətinin Andriivka şəhərində öldürülüb.

Nəşr Portsmutdan olan Burgessin Rusiyanın Ukraynaya geniş miqyaslı işğalından sonra 2022-ci ildə könüllü olaraq Ukrayna ordusuna qoşulduğunu təfərrüatlandırıb. Xidmət etdiyi müddətdə o, ən amansız döyüşlərdə iştirak edib.

Burgess 78-ci Hava Desant Hücum Alayında xidmət edib və əvvəlcə Zaporojye vilayətinə göndərilib. Əsgər daha sonra Donbasa tibbi təxliyəyə yollanıb. Və yalnız bundan sonra o, dronların idarə edilməsində ixtisaslaşmağa başlayıb.

Onun dostu və həmkarı, – “Əzrail” çağırış nişanı ilə tanınan britaniyalı könüllü: “O, bizim ən yaxşı pilotlarımızdan biri idi. O, Ukraynaya onun azadlığına həqiqətən inandığı üçün gəldi. Və bunun üçün döyüşərək öldü”.

Əsgər əlavə edib ki, Budgi cəsur idi və yaxşı döyüşdü. “Bizim alayda sonuncu iki əcnəbi döyüşçü idik. O, mənim buradakı ailəm idi. Mən bu müharibədə çoxlu dostlarımı itirmişəm, amma mənim ən böyük itkim odur”, – “Əzrail” deyir.

İngilis əsgəri Kiyevdə dəfn edilib. Müdafiəçi ilə vidalaşmağa onun 40 dostu, qohumları və alayın əsgərləri gəlib.

Sonra Maydan Nezalejnostidə britaniyalı yoldaşlar həlak olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin qarşısında onun şərəfinə bayraq quraşdırıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!