Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Peskov bildirib ki, Ukrayna daha az silah alarsa, müharibə daha tez bitəcək
Kreml Amerikanın Ukraynaya silah tədarükünün dayandırılmasının müharibənin sonunu yaxınlaşdıracağını bildirib. Bunu Rusiya diktatoru Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Tezadlar.az onun bəyanatı barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Peskov xüsusilə ABŞ-ın Ukraynaya sursat tədarükünü dayandırmaq qərarının səbəbinin “boş anbarlar” olduğunu irəli sürüb.
“Bizim anladığımız kimi, bu qərarın səbəbi boş anbarlar, anbarlarda bu silahların çatışmazlığı olub. Hər halda, Ukraynaya nə qədər az silah verilirsə, “xüsusi hərbi əməliyyatın” sonu bir o qədər yaxındır”, – Peskov qeyd edib.
E.ŞİRİNOV