Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyul 2025 / 10:07

Putin Trampla danışandan dərhal sonra Kiyevə qəsdən kütləvi hücuma keçdi – Sibiqa

Nazirin sözlərinə görə, bu gecə Kiyev üçün dəhşətli və yuxusuz olub

Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Rusiyanın iyulun 4-də Kiyevə kütləvi hücumuna cavab verib. Onun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putin bunu bilərəkdən edir.

“Kiyevdə tamamilə dəhşətli və yuxusuz bir gecə. Bütün zamanların ən pis gecələrindən biri. Yüzlərlə rus pilotsuz təyyarəsi və ballistik raketləri Ukrayna paytaxtına düşüb. Putin prezident Trampla danışdıqdan dərhal sonra bunu bilərəkdən edir. Putin ABŞ-a və müharibəyə son qoymağa çağıran hər kəsə qarşı tam saymazyana münasibətini açıq şəkildə nümayiş etdirir”, – Tezadlar.az UNİAN-a istinadən xəbər verir ki, bunu Sibiqa X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Nazir həmçinin Rusiyaya qarşı “ən sərt sanksiyaların” tətbiqinə çağırıb və deyib ki, Ukrayna özünümüdafiə üçün bütün lazımi vasitələri almalıdır.

“Yanlış qərarlar təcavüzkarı yalnız terroru gücləndirməyə sövq edə bilər. Hazırda dünyanın bütün cinayətkar rejimləri Putinin hərəkətlərini və onlara reaksiyalarını diqqətlə izləyir. Əgər o, bütün bunlardan qurtulsa, hamı çox aydın siqnal alacaq. Sülhü gözləməyi dayandırın. Sülhə nail olmaq üçün hərəkət edin. Sülh güc yolu ilə əldə olunacaq”, – diplomat əlavə edib.

İyulun 4-də Rusiyanın Kiyevə hücumu – məlum olan

UNİAN yazır ki, Rusiya Kiyevə və bölgəyə raket və pilotsuz təyyarələrlə hücum edib, nəticədə bir çox ərazilərdə yanğınlar baş verib, insan tələfatı var. Solomenski rayonunda hücum 5 mərtəbəli binanın qismən dağılması ilə nəticələnib. 7 mərtəbəli binanın damında 2000 kvadratmetr sahədə yanğın baş verib.

Svyatoşinski rayonunda 14 mərtəbəli yaşayış binası, Şevçenkivskedə isə yaşayış olmayan 8 mərtəbəli binaya PUA hücum edib, 1-ci mərtəbə dağıdılıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, düşmənin gecə hücumu nəticəsində artıq 23 paytaxt sakini yaralanıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib.

Raket hücumu həmçinin Kiyev vilayətinin Fastiv rayonunun yaşayış və sənaye sahələrinə xeyli dağıntı və ziyan vurub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!