5 İyul 2025 / 13:05

Ukrayna Bərpa Fondu əsas sponsor tərəfindən “arxadan bıçaqla”nır

Amerikanın ən böyük investisiya şirkəti BlackRock Donald Trampın ABŞ seçkilərindəki qələbəsindən sonra Ukraynanın Bərpa Fonduna investor axtarışını dayandırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır.

Bəzi mənbələrə görə, BlackRock 10-11 iyulda İtaliyanın Baş naziri Giorgia Meloni və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirak etməyi planlaşdırdığı Ukraynanın Bərpası Konfransı zamanı İtaliyada fondun yaradılmasını elan etməyi planlaşdırırdı.

Keçən il danışıqlara rəhbərlik edən maliyyəçilərdən biri olan BlackRock-un sədr müavini Filip Hildebrand bildirib ki, Ukraynanın Bərpa Fondu Almaniya, İtaliya və Polşa hökumətləri, inkişaf bankları və digər qrant verənlər tərəfindən dəstəklənən qurumlardan ən azı 500 milyon dollar, həmçinin özəl investorlardan 2 milyard dollar cəlb etmək yolundadır.

“Lakin yanvar ayında “BlackRock” Ukraynanın gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik fonunda marağın olmaması səbəbindən institusional investorlarla danışıqları dayandırmaq qərarına gəlib”, – məqalədə deyilir.

Bu arada, Fransa ləğv edilmiş BlackRock təşəbbüsünü əvəz edəcək bir fond təklifi üzərində işləyir, lakin ABŞ-ın dəstəyi olmadan yeni planın nə dərəcədə effektiv olacağı bəlli deyil, – mənbələr bildiriblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!