Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri (USQ) Bryansk vilayətindəki Podlesnıye Novosyolkiyə kamikadze dronlarla hücum edib.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Region rəhbərinin sözlərinə görə, hücum zamanı Bryansk vilayətinin “Zaşita” Dövlət Unitar Müəssisəsinin ərazi müdafiəsinin əməkdaşı yaralanıb. Zərərçəkmiş xəstəxanaya çatdırılıb və ona dərhal lazımi tibbi yardım göstərilib.
“Əməliyyat və təcili yardım xidmətləri yerində işləyir”, – Boqomaz əlavə edib.
İyulun 4-dən 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri PUA-lardan istifadə edərək Moskvaya hücuma cəhd edib. Rusiya paytaxtının meri Sergey Sobyanin bildirib ki, pilotsuz təyyarə reydi dəf edilib. Pilotsuz təyyarələrin vurulduğu yerlər açıqlanmayıb.
Moskva vaxtı ilə saat 08:00-dan 09:40-a qədər Müdafiə Nazirliyinin Hava Hücumundan Müdafiə qüvvələri də Nijni Novqorod, Smolensk, Kursk və Ryazan vilayətləri üzərində səmada hərəyə bir pilotsuz uçuş aparatını vurub.
E.ŞİRİNOV