Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Növbətçi Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri 5 saat ərzində Rusiya Federasiyasının altı rayonu üzərində Ukraynaya məxsus 39 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 6-da Moskva vaxtı ilə saat 08:30-dan saat 14:00-a qədər növbətçi hava hücumundan müdafiə qüvvələri Ukraynanın 39 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib: Bryansk vilayəti ərazisi üzərində 21, Oryol vilayəti ərazisi üzərində 7, Tula vilayəti üzərində 6, Belqorod və Kursk vilayətləri üzərində 2 PUA, Kaluqa vilayəti ərazisi üzərində isə 1 pilotsuz uçuş aparatı məhv edilib”, – idarədən bildirilib.
E.ŞİRİNOV