Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Moldova müxalifətinin “Pobeda” blokunun lideri bundan əvvəl Rusiya vətəndaşlığını aldığını bildirmişdi
Moldova müxalifətinin “Pobeda” blokunun lideri İlan Şor Ukraynanın Rusiya Federasiyası vətəndaşlarına və şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların yenilənmiş siyahısına daxil edilib.
Tezadlar.az xəbər verir ki, bunu TASS-ın nəzərdən keçirdiyi Vladimir Zelenskinin fərmanının mətni sübut edir.
“Rusiya Federasiyası və Moldova vətəndaşlığı olan” 1987-ci il təvəllüdlü Şor İlan Mironoviçin adı 67-ci yerdədir. Ötən ilin mayında onun özü Rusiya vətəndaşlığını aldığını bildirib.
Bundan əvvəl Zelenski 60 hüquqi və 73 fiziki şəxsə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzaladığını açıqlamışdı.
E.ŞİRİNOV