7 İyul 2025 / 00:18

Rusiyanın aeroportlarında 300-ə yaxın reys təxirə salınıb və…

Rusiyanın Moskva, Sankt-Peterburq və Nijni Novqorod və sair hava limanlarında 287 reys ləğv edilib, daha 106 reys təxirə salınıb. Rusiya mediasl yazır ki, bu barədə “Rosaviasia” məlumat yayıb.
Məlumata görə, Şeremetyevoda 171 reys ləğv edilib, daha 56 reys gecikib.

Sankt-Peterburqun Pulkovo hava limanında 90 reysləğv edilib, daha 37 reys gecikib.

PUA təhlükəsi səbəbindən ən uzunmüddətli məhdudiyyətlərlə üzləşən Nijni Novqorod hava limanında 26 reys ləğv edilib, daha 13 reys isə gecikib. Pskov, İvanovo, Kaluqa, Sankt-Peterburq və Tambov hava limanları müvəqqəti olaraq uçuşlar həyata keçirmir.

Ukrayna mətbuatı isə Rusiyanın hava gəmiləri vağzallarından görüntüləri yayaraq sərnişinlərin döşəmələrdə yatdığı göstərilir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!