Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qazaxıstanın Karaqanda rayonunda Dombra Günündə doğulan uşaqlara qazax mədəniyyətinin ən mühüm simvollarından biri olan musiqi alətinin hədiyyə edilməsi təqdirəlayiq ənənə halını alıb.
TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu il milli bayram ölkənin Paytaxt Gününə təsadüf edibQazaxıstan Xalqları Assambleyasının üzvləri doğum evlərinə baş çəkmiş, ana və körpələri təbrik etmiş, ölkənin yeni vətəndaşlarına xoşbəxtlik arzulamışlar.
“Dombra sadəcə musiqi aləti deyil, o qazax mədəniyyətinin bir hissəsidir, adət-ənənələrin və milli qürurun rəmzidir. O nəsillər arasında əlaqəni, xalqın zəngin tarixi irsini və mənəvi davamlılığı təcəssüm etdirir. Ona görə də biz belə bir hədiyyə təqdim edirik”, – deyə Karaqanda Rayon Xalq Məclisi Analar Şurasının sədri Ayjan Kiyasova bildirib.
Bu bayram günündə Karaqandadakı 1 saylı Perinatal Mərkəzdə qız uşağı dünyaya gəlib və dını Əminə qoyublar. Körpə ailənin beşinci övladıdır. Hədiyyə edilmiş dombra onun üçün bir növ amulet olacaq.Təşəbbüskarlar əmindirlər ki, aksiya millətlərarası harmoniyanın möhkəmləndirilməsinə və milli dəyərlərin təbliğinə xidmət edir.
Qeyd edək ki, Qazaxıstanda Milli Dombra Günü 2018-ci ildən iyulun ilk bazar günü qeyd edilir. YUNESKO-nun qərarı ilə dombra və kyui bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil edilib.
JASMİN