7 İyul 2025 / 12:01

Kaluqa vilayətində Kiyevin 5 şəriki müəyyən edilib

FTX Kaluqa vilayətində Ukrayna xüsusi xidmət orqanlarının 5 şərikini müəyyən edib.

Tezadlar.az bildirir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, onlar rayonun nəqliyyat və rabitə obyektlərini yandırıblar.

Başqa bir şəxs isə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ilə bağlı məlumatları Ukrayna xüsusi xidmət orqanlarına ötürüb. 2025-ci ilin əvvəlindən beş cinayətkar oxşar cinayətlərə görə məhkum edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!