8 İyul 2025 / 14:25

Ukrayna XİN NATO-nun xeyrinə tərksilahdan imtina edib

Ukrayna Xarici İşlər Nazirliyi öz strukturunda tərksilah departamentinin əvəzinə NATO və Beynəlxalq Təhlükəsizlik və Müdafiə departamentlərini yaradıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Facebook səhifəsində məlumat verib.

“Adında “silahsızlaşdırma” sözünün olduğu bir idarənin olduğu vaxtlar həmişəlik keçmişdə qalacaq. Ukrayna bir daha tərksilah etməyəcək”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Sibiqa diplomatik idarənin yenidən təşkili və “müharibə aparan ölkənin Xarici İşlər Nazirliyinin strukturunun” yaradılması haqqında fərman elan edib. Xüsusən də nazirlikdə Rusiya, Belarus və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə münasibətləri əhatə edən qeyri-dost ölkələr departamenti peyda olacaq.

Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyinin strukturunda Avropa İttifaqı, NATO və ABŞ və Kanada ilə əlaqələr üzrə ayrıca departamentlər olacaq.

“Bu, bizim alyansa qoşulma yolumuzun prioritetinin sübutudur”, – diplomat vurğulayıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!