Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Tezadlar.az xəbər verir ki, İsrailin Nazirlər Kabinetinin rəhbəri bunu Ağ Evdə Amerika lideri ilə görüşdə deyib.
“Mən sizə Nobel Komitəsinə göndərdiyim məktubu vermək istəyirəm. O, sizi sülh mükafatına namizəd göstərir. Siz buna layiqsiniz və onu almalısınız”, – Netanyahu deyib.
O əlavə edib ki, Trampın dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq səylərini yüksək qiymətləndirir.
Jurnalistlərə açıqlama verən Tramp Nobel Sülh Mükafatına namizədliyinin onun üçün yenilik olduğunu bildirib. O, Netanyahuya deyib: “Bu, sizin ifadənizdə çoxmənalı səslənir”.