Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail ordusu Livanın cənubundakı Deyr Keyfa bölgəsində “Hizbullah”ın Rıdvan Gücü komandanlarından Əli Əbdülhəssən Haydarı öldürdüyünü iddia edib.
“Tezadlar.az” xəbər verir ki, İsrail ordusunun yaydığı yazılı açıqlamada Haydarın İsrailli mülki vətəndaşlara və İsrail əsgərlərinə qarşı bir çox hücum planlaşdırdığı, bunlar arasında “Cəliləni Fəth Et” planının da olduğu irəli sürülüb.
Son aylarda Haydarın “Hizbullah”ın cənub Livandakı infrastrukturunu yenidən qurmaq səylərində iştirak etdiyi iddia edilən açıqlamada, Rıdvan Gücü komandanlarından Haydarın fəaliyyətlərinin İsrail ilə Livan arasındakı razılaşmaların pozulması olduğu bildirilib. Bu hücumdan təxminən iki saat sonra Livanın cənubundakı Beyt Lif qəsəbəsində daha bir “Hizbullah” üzvünün zərərsizləşdirildiyi iddia olunub.