8 İyul 2025 / 21:58

Tramp Ukraynaya silah göndərilməsinə icazə verdi

Gözlənildiyi kimi, ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü yenidən bərpa edib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən iclasda bu barədə sənədi artıq təsdiqləyib. Sitat: “Biz Ukraynaya bəzi müdafiə silahları göndəririk. Mən də bunu təsdiqlədim”.

Xatırladaq ki, Tramp bir müddət əvvəl etiraf etmişdi ki, Rusiya-Ukrayna münaqişəsinin həlli məsələsi onun gözlədiyindən də çətin olub. O, dəfələrlə bildirib ki, əhər Baydendən əvvəl o prezident olsaydı, bu müharibə də olmayacaqdı.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!