10 İyul 2025 / 13:53

Kiyevin Holosiivski rayonunda atışma: UTX zabiti həlak olub

Hadisə yerində istintaq və əməliyyat qrupları işləyir

Polis Kiyevin Holosiivski rayonunda kişi cəsədinin tapıldığı atışmanın şəraitini müəyyənləşdirir.

Tezadlar.az-ın UNİAN-a istinadən məlumatına görə, Kiyev polisinin Telegram kanalındakı mesajda qeyd edilib ki, zəngə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yarası olan bir kişinin cəsədini aşkar ediblər.

“Hazırda hadisə yerində rayon və Baş Polis Şöbələrinin istintaq-əməliyyat qrupları, cinayət-axtarış əməkdaşları, kinologlar və digər xidmətlərin əməkdaşları işləyirlər”, – məlimatda deyilir.

Polis əlavə edib ki, hadisənin bütün şəraiti müəyyənləşdirilir. Polis başqa təfərrüatları açıqlamayıb. Lakin bir müddət sonra Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti bildirib ki, Holosiivski rayonunda UTX zabiti öldürülüb və bu faktla bağlı Cinayət Məcəlləsinin 348-ci maddəsi ilə (“hüquq-mühafizə orqanı əməkdaşının, ictimai asayişin və dövlət sərhədinin mühafizəsi üzrə ictimai birləşmənin üzvü və ya hərbçinin həyatına qəsd”) cinayət işi açılıb.

“Təhlükəsizlik Xidməti və Milli Polis cinayətin bütün hallarının aydınlaşdırılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür. Hazırda ibtidai istintaq davam edir”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!