11 İyul 2025 / 11:54

Odessada hərbi komissarlığa hücum olub

Odessada ərazi çağırış mərkəzinə (ƏÇM) hücum olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri özünün Telegram kanalında yazıb.

“Odessada ƏÇM-ə hücum olub, yerli ictimaiyyət bildirir”, – məlumatda deyilir. Zərbələrin pilotsuz uçuş aparatları tərəfindən həyata keçirildiyi bildirilir.

Bundan əlavə, “SHOT Telegram” kanalı “Stalkanat” zavodunun ərazisində Odessa ƏÇM-nin yeraltı idarəsinin dağıdıldığını bildirir. Bildirilir ki, hazırda bütün binalar dağıdılıb və beton tirlərlə üzlənib.

Bundan əvvəl Zaporojye vilayətinin qubernatoru Yevgeni Balitski bildirmişdi ki, ukraynalılar Rusiya ordusunun onlara zərbə endirməsi üçün ərazi çağırış mərkəzlərinin ünvanları barədə məlumatları Rusiyaya ötürməyə başlayıblar. Onun sözlərinə görə, ƏÇM-lər ukraynalı kişiləri cəbhəyə göndərmək üçün küçələrdə yaxalayan “cəzaverici orqan” funksiyasını yerinə yetirir. Bölgə rəhbəri qeyd edib ki, ƏÇM-lərə zərbələr “Kiyev döyüşçüləri tərəfindən müvəqqəti işğal olunmuş ərazilərdə qalanların məlumatı” sayəsində mümkün olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!