11 İyul 2025 / 12:20

Azərbaycan millisinin Buxarest mərhələsindəki oyunlarının vaxtı açıqlanıb

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin Dünya Seriyasının Buxarest mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Tezadlar.az bu barədə Basketbol Federasiyasının mətbuat xidmətinin məlumatına istinadən xəbər verilib.

Komanda bu gün iki oyun keçirəcək. İlk qarşılşama Bakı vaxtı ilə saat 13:20-də “Tsukuba”ya (Yaponiya) qarşı olacaq. Komanda növbəti matçını 15:00-da İsveçrə təmsilçisi “Lozanna”ya qarşı keçirəcək.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!