Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Pekin Ukrayna hakimiyyətinin raket texnologiyalarını qanunsuz ixrac etmək cəhdində şübhəli bildiyi iki Çin vətəndaşının Kiyevdə saxlanma şəraitini araşdırır.
Tezadlar.az TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.
“Hazırda Çin araşdırma aparır və vəziyyəti öyrənir”, – diplomat qeyd edib.
Mao Nin həmçinin Pekinin həbsdə olan vətəndaşların qanuni hüquq və mənafelərini qanuna uyğun olaraq qorumağa hazır olduğunu bildirib.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çin Xalq Respublikasının (ÇXR) iki vətəndaşını casusluqda ittiham edərək saxlayıb. Casusluqda şübhəli bilinənlər 2023-cü ildə akademik uğursuzluğa görə xaric edilmiş Kiyevin texniki universitetlərindən birinin 24 yaşlı keçmiş tələbəsi və onun ÇXR-də yaşayan və müntəzəm olaraq Ukraynaya səfər edən atasıdır.
Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi Aİ-nin xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallasa bildirib ki, Pekin Rusiyanın Ukraynadakı münaqişədə uduzmasına imkan verə bilməz. “Nazir Aİ-nin baş diplomatına deyib ki, Çin Rusiyanın Ukraynada uduzmasına imkan verə bilməz, çünki o, ABŞ-ın bundan sonra bütün diqqətini Pekinə yönəldəcəyindən ehtiyatlanır”, – bəyanatda deyilir.
E.ŞİRİNOV