Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Müdafiə Qüvvələri son aylarda Qəzza zolağında HƏMAS-ın dəniz xüsusi təyinatlılarının altı komandirini öldürüb.
“Tezadlar.az” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son aylar ərzində HƏMAS-ın dəniz komandolarından altı əsas terrorçu məhv edilib”, – açıqlamada deyilir.
Mətbuat xidməti qeyd edib ki, “hərbi əməliyyatlar çərçivəsində İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti HƏMAS-ın dəniz qüvvələrinə qarşı əməliyyat aparır və bu fəaliyyət çərçivəsində çoxsaylı hədəfləri, o cümlədən gəmilər və silah anbarlarını məhv edir”.