Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirməyə davam edəcək. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski hərbçilərlə görüşdən sonra Telegram kanalında bildirib. “Bizim bölmələrimiz düşməni məhv etməyə davam edəcək və qarşıdurmanın Rusiya ərazisinə keçməsi üçün hər şeyi edəcək. Biz yeni uzaqmənzilli zərbələrimizi hazırlayırıq”, – ukraynalı lider yazıb.
Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələrinin ukraynalılara zərər vurmaq üçün hər cəhdi Ukrayna Silahlı Qüvvələri bölmələrinin müqaviməti ilə boğulur. Onun sözlərinə görə, Rusiya ordusu bu yay üçün komandanlığının gözləntilərindən xeyli geri qalıb.