14 İyul 2025 / 18:44

Makron qarşıdakı illərdə Avropada baş verəcək münaqişədən danışıb

Fransa prezidenti Emmanuel Makron orduya müraciət edərək güclü olmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Üç-dörd ildən sonra Avropa torpaqlarında yüksək intensivlikli münaqişə başlasa, tab gətirə biləcəyikmi? – deyə Fransa lideri “yalnız kifayət qədər güclü olsaq” ifadəsi ilə cavab verdi.

Vurğulayıb ki, bunun üçün ordu lazım olan hər şeylə təchiz edilməli, əsgər, matros və pilotların hazırlığı daha da intensivləşməlidir.

Fransa prezidentinin sözlərinə görə, Rusiya “daimi, hazırlıqlı, mütəşəkkil və uzunmüddətli” təhlükə olaraq qalır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!