14 İyul 2025 / 20:11

Tramp: Rusiya 50 günə razılaşma əldə etməsə, sərt tariflər tətbiq olunacaq

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında 50 gün ərzində razılaşma əldə olunmayacağı təqdirdə Birləşmiş Ştatların Rusiyaya qarşı çox sərt tariflər tətbiq edəcəyini açıqlayıb.

Bu barədə ABŞ lideri NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp vurğulayıb ki, söhbət 100 % həcmində ikinci dərəcəli tariflərdən gedir.

Ağ Evin rəhbəri, həmçinin qeyd edib ki, Rusiyanın Ukrayna ilə münaqişədə atdığı addımlardan çox narazıdır və Prezident Vladimir Putin onu məyus edib.

O əlavə edib ki, Ukraynadakı müharibənin tez bir zamanda bitməsini istəyir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!