15 İyul 2025 / 11:30

Bu gün “Qarabağ” Avstriyada sonuncu yoxlama matçını keçirəcək ki…

Bu gün “Qarabağ” təlim-məşq toplanışını Avstriyada davam etdirən  sonuncu – 4-cü yoxlama matçını keçirəcək. Tezadlar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək. Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.

Komandamıza uğurlar diləyirik.

Elşad

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!