Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyev meri Vitali Kliçko Ağ Ev rəhbəri Donald Trampın Rusiya prezidenti Vladimir Putinə irəli sürdüyü ultimatumu şərh edib.
Tezadlar.az bu barədə NTV telekanalına istinadən xəbər verir.
Xatırladaq ki, Tramp bundan əvvəl Moskva ilə Kiyev arasında yaxın 50 gün ərzində razılıq əldə olunmayacağı təqdirdə Rusiyaya 100% rüsum tətbiq edəcəyinə söz vermişdi.
Kliçkonun fikrincə, Ağ Ev rəhbəri Rusiyaya 50 günlük möhlət verməməli idi. O, həmçinin əlavə edib ki, son vaxtlar Rusiyanın Ukraynaya zərbələri daha intensiv xarakter alıb.
“Mən başa düşə bilmirəm ki, Putinə niyə 50 gün vaxt verilib. Son zamanlar atəşlər xeyli intensivləşib”, – o əlavə edib.
Qeyd edək ki, daha əvvəl Tramp Ukraynadakı münaqişənin 50 gün ərzində həll olunmayacağı təqdirdə Rusiyaya qarşı tariflər tətbiq edəcəyini bildirmişdi.
E.ŞİRİNOV