15 İyul 2025 / 14:59

Dəməşq silahlılara qarşı ordu qüvvələrini səfərbər edir

Suriya ordusu və Suriya Daxili İşlər Nazirliyinin bölmələri qeyri-qanuni silahlı birləşmələri təqib edərək ölkənin cənubundakı Suveyda şəhərinin mərkəzinə doğru irəliləməyə başlayıb.

Tezadlar.az SANA-ya istinadən xəbər verir ki, bunu Suveyda əyalətində Daxili Təhlükəsizlik Xidmətinin rəhbəri, briqada generalı Əhməd əd-Dəllati deyib.

Qeyd olunur ki, qoşunların şəhər mərkəzinə yeridilməsi mülki əhalinin müdafiəsi və asayişin bərpasına yönəlib.

General iyulun 15-i səhər saat 8:00-dan başlayaraq Suveydada komendant saatı tətbiq olunduğunu da açıqlayıb. Əl-Dəllati əhalini öz evlərində qalmağa və qeyri-qanuni dəstə üzvlərinin dövlət qüvvələrinə qarşı döyüşmək üçün yaşayış binalarından mövqe kimi istifadə etməsinə icazə verməməyə çağırıb.

İyulun 13-də silahlı dəstələr Suveyda vilayətində druzların yaşadığı bir sıra yaşayış məntəqələrinə hücum ediblər, nəticədə, əyaləti Dəməşqlə birləşdirən yol da bağlanıb. Mülki insanları qorumaq üçün druz özünümüdafiə dəstələri yaraqlılarla döyüşə girib. Suriya Müdafiə Nazirliyinin məlumatına görə, toqquşmalar zamanı 30-dan çox adam ölüb, 100-dən çox insan yaralanıb. Bundan əlavə, Suriyanın keçid hökumətinin 20 döyüşçüsü həyatla bir araya sığmayan xəsarətlər alıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!