Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyulun 15-də səhər saatlarında Voronej vilayətinə PUA-nın hücumu nəticəsində yaralananların sayı 27 nəfərə çatıb.
Tezadlar.az bildirir ki, bu barədə qubernator Aleksandr Qusev Telegram kanalında məlumat verib.
“Son məlumatlara görə, bugünkü terror aktı nəticəsində xəsarət alan 27 nəfər gün ərzində tibbi yardıma müraciət edib”, – Qusev yazıb.
Daha əvvəl 24 nəfərin yaralandığı bildirilirdi.
Qubernator qeyd edib ki, onlardan 14-ü, o cümlədən dördü azyaşlılar xəstəxanaya yerləşdirilıb, qalanlarına isə ambulator yardım göstərilib. Voronejdə yaralananlardan ikisinin vəziyyəti ağır olaraq qalır.
E.ŞİRİNOV