Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həlli üçün nəzərdə tutduğu 50 günün çox uzun olduğunu düşünmədiyini deyib.
“Mən düşünmürəm ki, 50 gün çox uzun deyil və bu, daha tez baş verə bilər. Siz ABŞ-ın keçmiş prezidenti Co Baydenə eyni sualı verməlisiniz: o, bizi niyə bu müharibəyə cəlb etdi”, – o deyib.
Tezadlar.az xatırladır ki, iyulun 14-də o, Moskva və Vaşinqtonun 50 gün ərzində Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələ bilməməsi halında ABŞ-ın Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcəyini bildirib.
E.ŞİRİNOV