Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya prezidentinin ərköyünlüyü ABŞ Prezidenti Donald Trampın hövsələsini daraltdı. O, NATO-nun silah müqaviləsi çərçivəsində Ukraynaya ilk “Patriot” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasına başlanıldığını bəyan edib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, bu barədə o, Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib. Bununla belə, NATO ölkələri Ukraynanı öz arsenallarından silahlarla təmin edəcək və ehtiyatlarını artırmaq üçün ABŞ ilə yeni tədarüklər üçün müqavilələr bağlayacaq. Tramp onu da deyib ki, İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqların növbəti raundunun təcili keçirilməsini zəruri hesab etmir. Sitat: “Onlar (İran hakimiyyəti – red.) danışıqlar aparmaq istəyirlər. Mən danışıqlara tələsmirəm, çünki biz onların nüvə obyektini məhv etmişik”.
Beləliklə, Rusiya- Ukrayna cəbhəsində vəziyyət daha da gərginləşir. Qərb mediası da yazır ki, belə getsə, Rusiya Avropanı hədəf seçəcək. Bu isə o deməkdir ki, Rusiya Ukrayna ilə müharibədə həm də Avropa ölkələri ilə üz- üzə gələ bilər. Hərbi ekspertlər də bildirirlər ki, Avropa ölkələri Ukrayna ilə müharibədə yaxasını kənara çəkə bilməz…
A.Məmmədli