Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyulun əvvəlində Nazirlər Kabineti Taras Kremini dil ombudsmanı vəzifəsindən azad edib
Nazirlər Kabineti iyulun 15-də Yelena İvanovskanı Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkili vəzifəsinə təyin edib.
Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Ali Radasındakı hökumət nümayəndəsi Taras Melnıçuk Telegram-da məlumat verib.
“Yelena Petrovna İvanovska Dövlət dilinin müdafiəsi üzrə müvəkkil vəzifəsinə təyin edilib”, – deyə o yazıb.
Yelena İvanovska filologiya elmləri doktorudur. O, həm də Kiyevin Taras Şevçenko adına Milli Universitetinin folklorşünaslıq fakültəsinin professoru və müəllimidir. O, adət hüququnun folklor aspektini, folklorun tədrisi metodikasını, folklorun predmet-obraz sistemini tədris edir.
Ukraynada “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq 2019-cu ildə Dövlət Dilinin Müdafiəsi üzrə Müvəkkil vəzifəsi yaradılıb. 2020-ci ildən bu vəzifəni siyasətçi, alim və ictimai xadim Taras Kremen tutur.
İyulun əvvəlində Nazirlər Kabineti Taras Kremeni dil ombudsmanı vəzifəsindən azad edib. Səbəb onun bu vəzifədə müddətinin başa çatması olub. O, 5 il bu vəzifədə çalışıb.
E.ŞİRİNOV