“Keyfiyyətli internetə əlçatanlıq təmin edilib, amma vətəndaşlara tələbata uyğun seçim imkanı verilməyib.”
O diqqətə çatdırıb ki, vətəndaş buna məcburdur, çünki seçimi yoxdur, tələbatı olmasa da ona seçim imkanı verilməyib:
“Məcburdur, çünki dövlətin və biznesin vacib xidmətlərini almalıdır, uzaqda olan övladı ilə əlaqə qurmalıdır.
Həm də qəribəsi odur ki , İKTA deyir qiymət mənlik deyil, amma səlahiyyətinə aid olmayan “sürəti artırın” göstərişilə dolayısıyla yenidən qiymət artımını təşviq edir.
Normalda isə qurum sərbəst və azad bazar prinsiplərini, provayderlərə bərabər imkanları təşviq edərək, dövlət provayderlərini yerində “oturdaraq” sürətin və keyfiyyətin artmasına nail olmalıydı.
Son bir neçə ildə RİNN tərəfindən aparılan siyasətlə internet bazarında müsbət istiqamətdə yeni keyfiyyət dəyişikliyi formalaşıb. Keyfiyyətli, yüksək sürətli bir internet infrastrukturu formalaşıb.
Keyfiyyətli internetə əlçatanlıq təmin edilib, amma vətəndaşlara tələbata uyğun seçim imkanı verilməyib.
Ağlasığmazdır ki, dövlət provayderləri, vətəndaşlara daha yaxın olmalı olan qurumlar, Aztelekom və Azercell , əksinə, bazarda yüksək qiymətləri təşviq edən qurumlara çevrilib.
Müşahidələr göstərir ki, özəllər məhz dövlət şirkətlərinin atdığı addımlardan sonra qiymətləri qaldırırlar.
Fikrimcə, İKTA məhz dövlət və özəl provayderlərin mövcud olduğu internet bazarındakı belə qeyri-adi hallara qarşı mübarizə aparmalıdır.
Düşünürəm ki, İKTA bu tip absurd, səmərəsiz və mənasız “sürəti artırın” göstərişləri vermək əvəzinə internet bazarının liberallaşdırılmasına, internet bazarında dövlətin xüsusi çəkisinin azaldılmasına, dövlət provayderlərinin pərakəndə satışının özəlləşdirilməsinə , internet xidmətlərində tələbatauyğun qiymət seçimi imkanının yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı”, – deyə Osman Gündüz bildirib.