16 İyul 2025 / 15:18

Zelenski: “Bayden bacarmadı, Tramp bacaracaq”

“Trampın müharibəni dayandıra biləcəyinə əminəm”.

Tezadlar.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski mediaya müsahibəsində deyib.

“Bayden bu müharibəni dayandıra bilmədi. Əminəm ki, prezident Tramp bunu bacaracaq. Məncə, əsas fərq elə bundadır”-Zelenski vurğulayıb.

Zelenski Putinin Trampa yalan danışdığını və ABŞ liderinin özünün də bunu bildiyini qeyd edib.

“Trampın nümayəndəsi Kelloqun gəlişi ilə Ukraynaya qarşı kütləvi zərbələr baş vermədi. Bu onu göstərir ki, Putin Amerikadan qorxur. İnsanlar bununla bağlı zarafat da edirlər- General Kelloqa Ukrayna pasportu verib bu ölkədə yaşamasına icazə vermək lazımdır”– Zelenski əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!