Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2025-ci ilin birinci yarısında Balxaş gölünün səviyyəsi orta hesabla 32 sm – Baltik sistemi üzrə 341,55 m-dən 341,87 m-ə yüksəlib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Su və İrriqasiya Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, ilin əvvəlindən bu günə kimi Almatı vilayətindəki Kapşaqay su anbarından Balxaş gölünə 8,52 milyard kubmetr su yönəldilib. Ötən ilin eyni dövründə bu rəqəm 8 milyard kubmetr olub.
Bu il Kapşaqay su anbarından gölə ümumilikdə 12 milyard kubmetr suyun yönəldilməsi planlaşdırılır. Balxaşda suyun həcmi xeyli dərəcədə axını Kapşaqay su anbarı ilə tənzimlənən transsərhəd İli çayından asılıdır.
Su anbarının özü artıq ikinci ildir ki, bu il 100% dolu olub.
Ötən il anbar son 10 ildə ilk dəfə olaraq 100% dolub idi. Kapşaqay su anbarının doldurulması vegetasiya dövründə Almatı vilayətinin Akdalinski və Şengeldinski suvarma sahələrini su ilə tam təmin etməyə imkan verib.
Ölkənin su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitovun sözlərinə görə, Balxaşın qorunub saxlanması məsələsinə diqqət yetirilir və bu il Fransalı mütəxəssisləri ilə birgə aparılan işlər Balxaş gölünün mühafizəsi üzrə 2040-cı ilə qədər proqnozla baş planın hazırlanmasına yönəlib.
Y.Məmmədli