17 İyul 2025 / 14:56

Rusiya və Ukrayna cəsəd mübadiləsi aparıblar – İstanbul danışıqları çərçivəsində

Rusiya tərəfi İstanbul razılaşmaları çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin 1000 əsgərinin cəsədini Ukrayna tərəfinə təhvil verib, bunun müqabilində Rusiya Silahlı Qüvvələrinin 19 əsgərinin cəsədini qəbul edib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Rusiya KİV-nə Vladimir Putinin köməkçisi, Ukrayna ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.

“İstanbul müqavilələrinin davamı olaraq bu gün Ukrayna Silahlı Qüvvələrinin daha 1000 əsgərinin cəsədi Ukraynaya təhvil verilib. Şəhid olan əsgərlərimizin 19 cəsədini qəbul etdik. Doğma torpaqlarında rahat yatsınlar”-  Medinski deyib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!