Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın ABŞ-dan “Patriot” alması rəsmi Moskvanı bərk əsəbləşdirib. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, Rusiya yaxın günlər və ya həftələrdə Ukraynaya genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşdirdiyini də xəbər verib. Məlum olur ki, Rusiya ordusu Kupyansk, Pokrovsk və Kostiantynivka bölgələrində mühüm irəliləyişlər əldə edərək Ukrayna qoşunlarını pis vəziyyətdə qoyub. O da bildirilib ki, vəziyyət belə davam etsə, Ukrayna ordusunun şərq cinahında 3 mühüm dayaq nöqtəsi itirilə bilər: “Rusiya son 72 saat ərzində Pokrovskun şimal-şərqində yerləşən Rodinske qəsəbəsinə yaxınlaşıblar. Eyni zamanda, Pokrovskun qərb hissəsində də rus qoşunları irəliləyiş əldə edərək Udaçne kəndini mühasirəyə almağa çalışır ki, bu da Pokrovskdakı Ukrayna qoşunlarına logistik təminatın qarşısına almaqda ruslara daha çox imkan verəcək”.
Analitiklər Trampın Rusiyaya verdiyi 50 günlük möhlətin Putinin işinə yaradığı fikrindədirlər. Onların hesablamalarına görə, 50 gün Rusiyanın alternativ planlar qurması üçün Putinə kifayət edəcək və Vaşinqtona qarşı diplomatik hiylədən istifadə edərək ABŞ-ı qabaqlayacaq.
Deyəsən, “Patriot” Rusiyada ciddi narahatlıq yaradıb və çıxış yolunu genişmiqyaslı hücumda görənlər var.
A.Məmmədli