Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, onun hökuməti xaricdən gələn təzyiqlərə baxmayaraq, ölkədə dörd inqilab cəhdinin qarşısını almağa və iqtisadi artımı təmin etməyə nail olub.
Tezadlar.az xəbər verir ki, bu barədə 1tv.ge məlumat yayıb.
Kobaxidze bir müddət əvvəl Gürcüstanda Ukraynanın Avromaydan ssenarisi əsasında dövlət çevrilişi etmək cəhdinin qarşısının alındığını bildirib. Baş nazirin sözlərinə görə, 2020-ci ilin noyabrından Gürcüstanda inqilab etmək üçün dörd cəhd olub və onların hamısı xaricdən maliyyələşdirilib.
Kobaxidze vurğulayıb ki, Gürcüstan hakimiyyəti “şantaj altında belə” ölkənin sürətli iqtisadi inkişafını təmin edir. O, bu istiqamətdə inkişafın davam edəcəyinə söz verib.
“Bu dörd il ərzində biz dörd inqilab cəhdi yaşasaq da, buna baxmayaraq, iqtisadi artım baxımından regionda və Avropada birinci yeri qoruyub saxlayırıq. Bu, bundan sonra da belə olacaq”, – baş nazir bildirib.
E.ŞİRİNOV