Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Buna görə də qanun layihəsi baxılmaq üçün Senata, bəyəniləcəyi təqdirdə isə imzalanması üçün Ağ Evə göndərilir
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsinə səs verib.
Tezadlar.az bildirir ki, bu barədə Nümayəndələr Palatasının üzvü Don Bekon X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, 353 konqresmen lehinə, 76-sı isə əleyhinə səs verib. İkitərəfli dəstək Ukraynaya yardım haqqında HR4016 qanun layihəsinin Senata təqdim edilməsinə imkan verəcək.
Artıq Senatda qanun layihəsinin mətni dəyişdirilə, dəyişdirilmədən qəbul edilə və ya rədd edilə bilər. Senat tərəfindən qəbul edilərsə, sənəd imzalanmaq üçün ABŞ prezidentinə göndəriləcək.
ABŞ-ın Ukraynaya hərbi yardımı
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiya ilə bağlı ritorikasını kəskin şəkildə dəyişərək Ukraynaya hərbi yardım paketini açıqlayıb. Onun sözlərinə görə, “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər artıq Ukraynaya yollanır.
Tramp həmçinin bildirib ki, Ukraynaya yeni yardımlarla bağlı gurultulu bəyanatlarından sonra hələ də Rusiya prezidenti Vladimir Putinlə danışmayıb. O əlavə edib ki, Putin ABŞ-ın yeni sanksiyaları qüvvəyə minməzdən əvvəl atəşkəs razılaşması ilə razılaşmalıdır. Tramp həmçinin hesab edir ki, Ukrayna Moskvaya hücum etməməlidir.
“Capitol Hill”-də əhval-ruhiyyə də dəyişir. İki ildən az əvvəl Nümayəndələr Palatasının respublikaçıları Ukraynaya yardımın davam etdirilməsi ideyasından narazı idilər, lakin indi onların bir çoxu öz mövqelərini dəyişməyə tələsir və bununla da ABŞ prezidenti Donald Trampı təqlid edirlər.
E.ŞİRİNOV