19 İyul 2025 / 14:58

Aİ-nin Gürcüstandakı səfiri “Avropapərəst zorakılığı” dəstəkləməkdə ittiham olunur

Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski radikal zorakılığa haqq qazandırır.

Tezadlar.az xəbər verir ki, “Vzqlyad” qəzetinin Tbilisidəki müxbirinin məlumatına görə, bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə görə, səfirin polisə molotov kokteyli atan və atəşfəşanlıq edən “ədalətsiz saxlanılan” radikalları azad etmək tələbi “zorakılığa bəraət qazandırır”.

Parlament sədri qeyd edib ki, “Herçinski küçə zorakılığını pisləyən bir dənə də olsun açıqlama verməyib”.

“Deyin ki, siz Avropa tərəfdarısınız və polisə molotov kokteyli atıb atəşfəşanlıq edə bilərsiniz”, – Şalva Papuaşvili bildirib. “Belə çıxır ki, zorakılıq Aİ adınadırsa, o, avropapərəstdir, yəni ədalətlidir və buna uyğun olaraq cəza da ədalətsizdir”, – deyə parlament sədri bildirib.

O xatırladıb ki, Brüssel polisə molotov kokteyli atanlara dəstək kampaniyası aparan gürcü QHT-lərini maliyyələşdirir.

“Avropa İttifaqının səfiri bir dəfə də olsun bu məsələ ilə bağlı təəssüfünü ifadə etməyib. Ona görə də “Avropayönlü zorakılıq” termini gürcü xalqında artıq kök salıb. Buna baxanda ürəyin ağrıyır”, – Gürcüstan parlamentinin sədri deyib.

Ötən ilin sonunda Gürcüstanda keçirilən etiraz aksiyalarında 50-dən çox radikal saxlanılıb, onlardan bəziləri artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücuma görə cəzalandırılıb. Həmin mitinqlər zamanı azı 170 polis əməkdaşı yaralanıb. Aİ Gürcüstandan saxlanılanların azad edilməsini tələb edir.

Bundan əvvəl “Gürcü arzusu” Aİ, Almaniya və Britaniya səfirlərini istefaya çağırıb.

Gürcüstan Aİ-dən “Avropa dəyərləri çərçivəsinə qayıtmağı” tələb edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!