Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İyulun 19-da Polşada miqrantlara qarşı və onlara dəstək məqsədilə nümayiş başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bu aksiyaları millətçilərin və avroskeptiklərin “Konfederasiya” koalisiyası, eləcə də bir sıra anarxist təşkilatlar təşkil edib.
Qeyd olunur ki, bir neçə yüz vətəndaş Varşavanın mərkəzinə gələrək Polşa hakimiyyətinin qanunsuz miqrantların ölkəyə girişinə qadağa qoymağa yönəlmiş siyasətinə etiraz edib.
Eyni zamanda, aksiya iştirakçıları, o cümlədən anarxist hərəkatların tərəfdarları miqrantlara qarşı yönəlmiş etiraz aksiyalarına qadağa qoyulmasını tələb edirlər. Miqrantlara qarşı çıxanlara faşist deyirlər.
Seymin “Konfederasiya”dan olan deputatı Pışemıslav Vipler bəyan edib ki, onun siyasi birliyi rəsmi Varşavadan “müsəlman ölkələrindən olan cinayətkarların” Polşa ərazisinə daxil olmasını tam qadağan edən “Polşa qalası” planını sərhədlərdə tətbiq etməyi tələb edir. İyulun 7-də Polşa Almaniya və Litva ilə sərhədlərdə 30 gün müddətinə müvəqqəti sərhəd nəzarəti tətbiq edib. Qərar miqrantların qeyri-qanuni tranziti ilə bağlı xəbərlərə görə qəbul edilib. Polşa hakimiyyətinin məlumatına görə, alman polisinin miqrantları Polşa ərazisinə yönləndirməsi halları olub.
E.ŞİRİNOV