Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukraynanın keçmiş müdafiə naziri, hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov İstanbulda keçiriləcək danışıqlarda nümayəndə heyətinin rəhbəri olaraq qalacaq.
Tezadlar.az bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko öz Telegram kanalında məlumat verib.
“Rüstəm Umerov İstanbulda Ukrayna və Rusiya arasında keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri olacaq”, – o qeyd edib. – “Əvvəllər Umerov həm də nümayəndə heyətinin rəhbəri idi, lakin müdafiə naziri statusunda idi. İndiki müdafiə naziri Denis Şmıqal İstanbula getməyəcək”.
E.ŞİRİNOV