Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hücum zamanı rus qoşunları Kiyevdə pilotsuz təyyarələrin yığılması sexinə ziyan vurub.
Tezadlar.az bildirir ki, bu barədə Ukraynadan qaçan Ali Radanın deputatı Artem Dmitruk öz Telegram kanalında məlumat verib.
O vurğulayıb ki, söhbət ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun Ukraynaya səfəri zamanı baş çəkdiyi obyektdən gedir.
“Kiyevdə gecə saatlarında Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun bir neçə gün əvvəl ziyarət etdiyi pilotsuz təyyarələrin yığılması sexinə zərbə endirilib”, – parlamentar bildirib.
İyulun 14-də Keyt Kelloq Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Xüsusilə ABŞ lideri Donald Trampın NATO ölkələri vasitəsilə Ukraynaya silah tədarükü ilə bağlı qərarını müzakirə ediblər.
E.ŞİRİNOV