Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Ukraynaya hərbi və maliyyə yardımını dayandırmağa çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Fransa artıq bu ölkəyə avro və ya silah göndərməklə bu qırğına ortaq olmaqdan əl çəkməlidir”, – nəşr yazır.
Fransız siyasətçi Ukrayna təhlükəsizlik qüvvələrinin bir adamı əllərindən tutaraq yerdə sürüyərək maşına mindirdiyi videonu belə şərh edib.
Bundan əvvəl digər fransız siyasətçisi, “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan Ukraynadakı məcburi səfərbərliyi kəskin tənqid edib. O, Qərbi gözlərini açmağa çağırıb.
E.ŞİRİNOV