21 İyul 2025 / 19:02

O, NATO ölkələrini ABŞ-dan Ukrayna üçün daha çox silah almağa çağırıb

NATO-nun baş katibi Mark Rutte Ukrayna üzrə təmas qrupunun video görüşündə blokun müdafiə nazirlərini ABŞ-dan Ukrayna üçün daha çox silah almağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə görüşün yekunlarına görə NATO-nun mətbuat xidməti məlumat yayıb.

“Müdafiə nazirləri qarşısında çıxış edən baş katib ABŞ prezidenti Donald Trampla ötən həftə Kanada və Avropadakı müttəfiqlərin sərmayələri ilə Ukraynaya Amerikanın yeni hərbi imkanları verməklə Ukraynaya dəstəyi gücləndirmək təşəbbüsünə diqqət çəkib”, – deyə mətbuat xidməti qeyd edib.

Rutte həmçinin qeyd edib ki, NATO ölkələri Ukrayna üçün ABŞ-dan daha çox silah almaqla “24-25 iyun tarixlərində Haaqada alyansın sammitində qarşıya qoyulan üç vəzifəni yerinə yetirməyə başlaya biləcəklər: hərbi xərclərin artırılması, hərbi istehsalın artırılması və Ukraynaya dəstək”.

Tramp ötən həftə Vaşinqtonda Rutte ilə görüşündə ABŞ-ın artıq Ukraynaya pulsuz silah verməyəcəyini, Avropa ölkələri və Kanadanın ödəməli olduğu silahları satacağını açıqlamışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!